Saakaşvili baş naziri korrupsiyada ittiham etdi


23:46     29 Sentyabr 2015 1441346077.jpg

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynanın Baş naziri Arseni Yaçenyuku saxta islahatlar aparmaqda və korrupsiyada ittiham edib.


Qubernator fikirlərini öz Feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, Yaçenyukun addımları ölkədə korrupsiyanı dərinləşdirir və biznesi öldürür:

“Dövlət Vergi Xidməti növbəti dəfə ədalətli qaydalar müəyyən etmək əvəzinə saxta islahatlara getməyə çalışır. Bununla da biznesin vəziyyəti ağırlaşdırılır”.

Xatırladaq ki, bu, Mixail Saakaşvilinin Nazirlər Kabinetinə qarşı səsləndirdiyi ilk irad deyil. Daha öncə qubernator baş nazirin və Ukrayna hökumətinin səlahiyyətində olan müəssisələrin dövlət iqtisadiyyatına təxminən 100 milyard qrivna (4,5 milyard dollar) ziyan vurduğunu bildirmişdi.

Açar sözlər:

Oxunub: 739