Moskvada ağır qəza-Yaralılar arasında azərbaycanlılar da var

Moskvada ağır qəza-Yaralılar arasında azərbaycanlılar da var

09:04     17 İyun 2018 1419625164_qeza-cenubnews-55.jpg

Moskvanın mərkəzində taksi xidməti göstərən sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır.

Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, son məlumata əsasən, qəza nəticəsində 7 nəfər xəsarət alıb, sürücü saxlanılıb.

Məlumata görə, xəsarət alanlar arasında həmçinin iki rusiyalı, iki meksikalı və bir ukraynalı şəxs var.

İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 3803