Ronaldunu Rusiyada çox ciddi qoruyurlar – Foto

Ronaldunu Rusiyada çox ciddi qoruyurlar – Foto

09:34     17 İyun 2018 2018/06/09-13-20-243574_src_1529212445.jpg

Rusiyada keçirilən dünya çempionatında İspaniya yığmasının qapısına dünənki het-trikin müəllifi Kriştianu Ronaldunun təhlükəsizliyini keçmiş MMA döyüşçüsü Qonsalo Salqado və öküz əhliləşdiricisi Nunu Marekoş təmin edirlər.

Femida.az virtualaz-a istinadən xəbər verir ki, hər iki mühafizəçi peşəkardır və uzun illərin təcrübəsinə malikdir. Salqado və Marekoş eyni “kontorda” çalışırlar və dünyanın ən yaxşı oyunçusunu üç həftə əvvəl Kiyevdə Çempionlar Liqasının finalında da müşayiət ediblər. Onlar orada matçdan sonra hətta meydana da çıxıblar.

Qeyd edək ki, son bir neçə ayda Kriştianu İŞİD-dən ölüm təhdidləri alırdı və bu səbəbdən də onda Ukraynaya, indi isə Rusiyaya müdafiəsiz yollanmağa risk etməyib.

Xatırladaq ki, İŞİD-in sosial mediada paylaşdığı fotolardan birində gözünün altı qaralmış Ronaldo diz çökmüş vəziyyətdə təsvir olunub və başının üstündə əli bıçaqlı terrorçu dayanıb. Fotonun üstündə isə “Söylədiklərimiz, duyduğunuz deyil, gördüyünüz şeylərdir. Sadəcə gözləyin. Biz də gözləyirik” yazılıb.

Yeri gəlmişkən, İŞİD bundan əvvəl “DÇ-2018″i Lionel Messi və Neymarla hədələmişdi. Əvvəlcə Messinin dəmir barmaqlıqlar arasında və gözündən qan axarkən çəkilmiş fotosu paylaşılmışdı. Daha sonrakı fotoda Messi ölmüş vəziyyətdə, Neymar isə diz çökmüş vəziyyətdə təsvir edilmişdi.

Açar sözlər:

Oxunub: 1600