İmişlidə ağır qəza: ölən və yaralananlar var
13:59 17 İyun 2018
İmişlidə 1 nəfərin ölümü və 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Femida.az -ın APA-ya istinadən xəbərinə görə, qəza rayon ərazisindəki "9 saylı" adlanan məcburi köçkün qəsəbəsində baş verib. Məlumata görə, “Mercedes” və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Mercedes"in sərnişini Cəbrayıl rayonundan məcburi köçkün, 1987-ci il təvəllüdlü Bəyməmmədov Xalid Məmmədbağı oğlu ölüb. Sürücü, qəsəbə sakini 1948-ci il təvəllüdlü Mehrəliyev İlyas Məhəmmədəli oğlu ağır xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. İ.Mehrəliyev əməliyyata götürülüb, vəziyyəti ağırdır.
"VAZ"ın sürücüsü Cəbrayıl rayonundan məcburi köçkün, 1983-cü il Quliyev Azər Hüseyn oğlu vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.
Araşdırma aparılır.
Oxunub: 1867
Oxşar xəbərlər
- İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
- İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb
- İmişlidə qadın qətlə yetirilib, əri intihar edib
- İmişlidə 4 il əvvəl törədilən oğurluğun üstü açılıb
- İmişlidə avtomobillər toqquşub xəsarət alanlar var
- İmişlidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
- İmişlidə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır
- İmişlidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- İmişlidə avtomobil su kanalına düşüb, ölən var
- İmişlidə brakonyerliyə qarşı reyd keçirilib