Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı


15:55     17 İyun 2018 18_06_17_1529221232.jpg

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az APA-ya istinadən xəbər verir ki, qəza gecə saat 4:00 radələrində yolun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakini 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi “Qazel” markalı yük avtomobili qarşı tərəfdən gələn Göyçay sakini 1998-ci il təvəllüdlü Vasif Cabbarova məxsus “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər - Ucar sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.İki sürücü və 1991-ci il təvəllüdlü Nemət Feyzullayev adlı sərnişin ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1960