Göyçayda minik avtomobili motosikletçini vurub


16:55     17 İyun 2018 qeza%20(1)0.jpg

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.




APA-nın yerli bürosunun xəbərinə görə hadisə Göyçay-Ucar avtomobil yolunun Kürdəmiş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Cəyirli kənd sakini Zaur Rəsulov idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili ilə kənddən əsas yola çıxarkən motosikletlə hərəkət edən Çaxırlı kənd sakini Elvin Məmmədovu vurub. E.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1879