Fransa Yəməndə hərbi əməliyyatlara başlad


18:21     17 İyun 2018 2018/06/B4D095A4-1A9E-4222-86FB-52B53323509F_1529231273.jpeg

Fransa və BƏƏ-nin xüsusi təyinatlı dəstələri Yəməndə hərbi əməliyyatlar keçirir.

Femida.az xəbər verir ki, hərbi əməliyyatlar Yəmənin Xodeyda şəhərində keçiriləcək. Bu barədə Fransanın Müdafiə Nazirliyi tərəfindən heç bir məlumat yayımlanmasa da, dəstələrin artıq Yəməndə olduğuna dair informasiya verilib.

Məlumatda keçirilən hərbi əməliyyatların təfərrüatı açıqlanmayıb. Xodeyda şəhərində keçiriləcək əməliyyatlarda fransız hərbi qulluqçuların iştirakının səbəbi ekspertlər üçün də müəmmalı olaraq qalıb. Lakin onların dəniz portuna yanaşmaları, minalardan təmizlənmə prosesində iştirakı istisna edilmir. Fransanın Müdafiə Nazirliyi daha əvvəl bu barədə məlumat vermişdi.

Qeyd edək ki, iyunun 15-də Yəmənin Xodeyda şəhərinə gələn BƏƏ və Fransanın xüsusi təyinatlı qulluqçuları bir qədər əvvəl hərbi əməliyyatlara başladıqlarını rəsmi şəkildə elan ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1717