Şabran Mərkəzi Rayon Xəstəxanasında yanğın olub
20:58 17 İyun 2018

Bu gün Şabran rayonunda Mərkəzi Rayon Xəstəxanasının ərazisində "Mercedes" markalı təcili yardım avtomobilinin yanar hissələri və dördmərtəbəli binanın 1-ci mərtəbəsində 3 ədəd plastik pəncərə çərçivəsi yanıb.
Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Femida.az
Oxunub: 1716