Nazirlikdən fermerlərə xəbərdarlıq
23:33 17 İyun 2018
Bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı mübarizə işləri aparılarkən xüsusi geyim və vasitələrdən istifadə olunmalıdır. Kimyəvi preparatların tətbiqi ilə bağlı təlimatlara ciddi əməl edilməlidir.
Femida.az-ın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nümayəndələrinin Tərtər rayonunda fermerlərlə maarifləndirici görüşündə bəhs edilib.
Qeyd olunur ki, xidmətin nümayəndələri Seydimli kəndində pambıq sahəsinə baxış keçirib, fermerlərlə maarifləndirici söhbət aparıblar.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev: “Bütün hallarda kimyəvi preparatlardan istifadə labüddür. Amma nəzərə almalıyıq ki, bunlar zərərli kimyəvi maddələrdir. Bu maddələrlə işləyərkən sahə aqronomları, mexaniklər, operatorlar, texniki işçilər mütləq qoruyucu vasitələrdən istifadə etməlidirlər. Özlərini bu yolla kimyəvi preparatların zərərli təsirindən qorumalıdırlar. Kimyəvi preparatların tətbiqi ilə bağlı təlimatlara ciddi əməl edilməlidir. Digər tərəfdən hər bir preparatın toksiki dərəcəsinə görə tətbiqindən sonra sahədə mexaniki və əl işlərinin aparılma müddətlərinə məcburi qaydada əməl olunmalıdır. Əks halda bu, bir sıra fəsadlara gətirib çıxara bilər”.
Femida.az
Oxunub: 2173
Oxşar xəbərlər
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlikdən bayramla bağlı əhaliyə müraciət
- Nazirlikdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
- Nazirlikdən şagirdlərin yerdəyişməsi ilə bağlı açıqlama
- Nazirlikdən şəhid ailələri və yaralılara psixoloji dəstək
- Nazirlikdən fermerlərə xəbərdarlıq
- Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gün...
- Nazirlikdən Qubadlıda məscidin təhqir olunması ilə bağlı BƏYANAT