Daha bir boğulma xəbəri - Bu dəfə Astarada


01:56     18 İyun 2018 balik_tutmak_icin_girdigi_suda_boguldu_h123249.jpg


Lənkəran sakini Astarada su anbarında boğulub.

Ailəsi ilə birgə Astaraya istirahətə gedən Lənkəran sakini su anbarında boğulub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsində Lovayın su anbarında baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Fuad Şahmirzə oğlu Rəhimov Bakıdan Lənkərana Ramazan bayramı ilə əlaqədar gəlib. O, ailəsi ilə birgə dincəlmək üçün isə Astaraya gedib. Məlumata görə, F. Rəhimovun bacısı qızı ehtiyatsızlıqdan su anbarına yıxılıb. Hadisə uşağı sudan çıxarmaq istəyərkən baş verib.

Onun meyiti sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Astara  

Oxunub: 3419