Kolumbiyada prezident seçkilərinin ikinci turu başa çatıb


15:50     18 İyun 2018 big_1419494660_secki.jpg

Kolumbiyada prezident seçkilərinin ikinci turu başa çatıb.

Femida.az bildirir ki, seçki məntəqələri yerli vaxtla saat 16:00-da bağlanıb. Səslərin hesablanması başlayıb, ilkin nəticələr yaxın vaxtda açıqlanacaq.

İkinci turda iki namizəd iştirak edir - İvan Duke və Qustavo Petro.

Kolumbiyada prezident təkrar seçilmək hüququ olmadan 4 illik müddətə seçilir.

Femida.az

Açar sözlər: Kolumbiya   seçki  

Oxunub: 1705