Hacıqabulda ağır qəza - Ata öldü, 3 yaşlı uşağı yaralandı


13:19     18 İyun 2018 qeza_yeni.jpg

Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

Femida.az bildirir ki, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. "Tofaş" markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir aralığa çırpılıb. Nəticədə sürücü Lerik sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 3 yaşlı uşağı isə xəstəxanaya yerləşdirilib.

Femida.az

Açar sözlər: Qəza   Hacıqabul  

Oxunub: 1385