Bakıda qonşular arasında dava - Gənc oğlan döyüldü


13:20     18 İyun 2018 dava_014.jpg

Qaradağ rayonunda dava zamanı 1 nəfər yaralanıb.

Femida.az report.az-a istinadən bildirir ki, hadisə Qobustan qəsəbəsində baş verib.

Təzə Yurd massivi 1 ünvanında 1 nəfər qonşuluğunda yaşayan 2 evin sahibi ilə mübahisə edib.

Nəticədə 2000-ci il təvəllüdlü Zərbəliyev Şamil Kamil oğlu döyülüb.

O, ağır kəllə-beyin travması aldığından 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.

Femida.az

Açar sözlər: Dava   Qaradağ  

Oxunub: 1389