Hüquqşünas faciəvi şəkildə öldü - UŞAĞI XİLAS EDƏRKƏN...
16:49 18 İyun 2018
Astara rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Femida.az lent.az-a istinadən xəbər verir ki, Bakıda yaşayan tanınmış hüquqşünas, əslən Lənkərandan olan 4 dekabr 1984-cü il təvəllüdlü Fuad Rəhimov Ramazan bayramı ilə əlaqədar doğma rayonuna gedib.
O, ailə üzvləri ilə birgə Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində yerləşən Lovain su anbarının ətrafında istirahət edərkən bacısının azyaşlı qızı suda boğumaq təhlükəsi yaşayıb.
F.Rəhimov suya atılaraq uşağı xilas etsə də, özü boğularaq ölüb. Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, F.Rəhimov bu il keçirilən vəkillik imtahanından uğurla keçibmiş. Vəkillər Kollegiyasının sədri Anar Bağırov gənc hüquqşünasın vəfatı ilə bağlı başsağlığı verib və ona vəkil vəsiqəsini təqdim edə bilmədiyinə görə məyusluğunu ifadə edib.
Femida.az
Oxunub: 7456
Oxşar xəbərlər
- "Tərtər işi" ilə bağlı hüquqşünas da saxlanıldı
- "1011 hüquqşünas prokurorluq orqanlarında işə qəbul edilib" - Heydər Məmmədov
- Fransalı hüquqşünaslar Ermənistanın cinayətləri ilə tanış olublar
- Fransalı hüquqşünaslar Ağdam Cümə məscidində olublar
- Azərbaycanda tanınmış hüquqşünas koronavirusdan vəfat edib
- 300 hüquqşünas hakim olmaq üçün imtahan verəcək
- Hüquqşünas: “Sülhməramlı qüvvələr xarici hərbi baza kimi təsnif oluna bilməz”
- Azərbaycanda tanınmış hüquqşünas vəfat etdi
- Bu şəxslərə "əməkdar hüquqşünas" adı verildi
- Koronavirus fors major hal sayıla bilərmi? - TƏHLİL