Mülki öhdəliklərin icrasından yayınan şəxs saxlanılıb


17:33     18 İyun 2018 hebs5.jpg

İyunun 17-də Azərbaycanın daxili işlər orqanları tərəfindən 76 cinayət faktı qeydə alınıb.



Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, axtarışda olan 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayınan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1719