Şüvəlanda pivə oğrusu saxlanılıb


17:48     18 İyun 2018 hebs_58.jpg

Şüvəlan sakini 1500-dən çox pivə bakalı oğurlayıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 15-dən iyunun 15-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki bağ evlərindən birinin həyətindən 1512 ədəd pivə bakalı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Atif Məmmədov saxlanılıb.

Femida.az

Açar sözlər: Həbs   polis   DİN  

Oxunub: 1515