Mübariz İbrahimovun şəhadətindən 8 il ötür
18:08 18 İyun 2018
Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Mübariz İbrahimovun şəhid olduğu gündür.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
2010-cu il iyunun 18-də tarixində gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşüb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib.
Femida.az
Oxunub: 3484
Oxşar xəbərlər
- Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
- Mübariz İbrahimovun şəhid olmasından 11 il ötür
- Milli Qəhrəman Mübariz İbrahimovun xarirəsi yad edilib - FOTO
- Mübariz İbrahimovun doğum günüdür
- Ərdoğan: "Bu gün Mübariz İbrahimovun ruhunun şad olduğu gündür"
- Mübariz İbrahimovun anadan olduğu kəndə avtoyürüş keçirilib
- Mübariz İbrahimovun şəhid olduğu posta Azərbaycan Bayrağı sancılıb - VİDEO
- Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
- Mübariz İbrahimovu təhqir etməkdə ittiham olunan psixoloqa 3 il həbs cəzası istənilib
- Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini üzərinə götürdü