Lotu Qulinin adamları tutuldu

"Lotu Quli"nin adamları tutuldu

20:34     18 İyun 2018 lotu%20quli3.jpg

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) “oğru dünyası”na daxil olan 6 şəxsi saxlayıb.

Bu barədə DİN-nin nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib.

Saxlanılan şəxslərdən ikisinin azərbaycanlı, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovla əlaqəli olduğu müəyyənləşdirilib. 1980-ci il təvəllüdlü B.B və 1981-ci il təvəllüdlü C.O. adlı şəxslər vətəndaşlardan külli miqdarda pul tələb etməkdə günahlandırılır. Həmin şəxslərin evlərində axtarış zamanı onların “oğru dünyası” ilə əlaqəli olmasını sübut edən məlumatın yer aldığı mobil telefonlar müsadirə edilib.

Saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.(APA)

Açar sözlər: #lotu  

Oxunub: 1473