Salyanda iki gənc intihar etdi


21:10     18 İyun 2018 intihar5.jpg

Salyanda 24 yaşlı gənc intihar edib.

Hadisə rayonun Plastmas yaşayış massivində qeydə alınıb.

Belə ki, massiv sakini Abbasov Vüsal Nadir oğlu yaşadığı ünvanda özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

Salyanda daha bir intihar faktı qeydə alınıb. Belə ki, şəhərin 28 yaşlı sakini Əltural Qurbanov 5 mərtəbəli yayaşış binasının daşında özünü asıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #intihar  

Oxunub: 2162