Türk ordusu Mənbicə daxil oldu

Türk ordusu Mənbicə daxil oldu


21:30     18 İyun 2018 Türkiyədə%20daha%20bir%20əsgər%20şəhid%20oldu.jpg

Türkiyə Silahlı Qüvvələri ABŞ ilə regionda təhlükəsizliyin təmin edilməsi barədə razılaşmalar çərçivəsində Suriyanın Mənbic şəhərinə daxil olub.

Bu barədə Türkiyənin NTV telekanalına istinadən xəbər verir.

Telekanal Mənbicdə olduğu deyilən və üzərində Türkiyə bayrağı olan zirehli vasitələrin fotoşəkillərini göstərir.

Qeyd edək ki, ötən həftə Türkiyə Baş Qərargahı Türkiyə və ABŞ hərbçilərinin Suriyanın Mənbic şəhəri üzrə "yol xəritəsi"nin tətbiqinə dair razılığa gəldiklərini açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1181