İsveç Koreyaya qalib gəldi


21:50     18 İyun 2018 futbolcu.jpg

Dünya çempionatında bu günün ilk matçı keçirilib. F qrupunda İsveç millisi Cənubi Koreya ilə üz-üzə gəlib.


Pley-offda İtaliyanı mundiala həsrət qoyan İbrahimoviçsiz İsveç millisinin bu matçda qələbə şansı daha çox idi.

Skandinaviyalılar ümidləri doğruldub. 65-ci dəqiqədə Qranvistin penaltidən vurduğu qolla minimal hesablı qələbə qazanıb.

18 iyun
F qrupu

16:00. İsveç - Cənubi Koreya - 1:0 (İkinci hissə)
Qol: Qranvqist, 65-pen.
Nijni Novqorod. Şəhər stadionu

Açar sözlər: #idman   #futbol  

Oxunub: 1341