Bu rayonda 70 sürücü cəzalandırıldı
22:48 18 İyun 2018
Zaqatalada bayram günləri keçirilən reyd zamanı 70 sürücü haqqında inzibati qaydada tədbir görülüb.
Femida.azAPA-ya istinadən bildirir ki, nın Şəki-Zaqatala rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları bayram günlərində avtomobil yollarında təhlükəsiz hərəkəti təmin etmək məqsədilə rayon mərkəzində və rayondaxili avtomobil yollarında reyd keçirib. İyunun 17-18-də keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan 70 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. 16 sürücünün idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb.
Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində hərəkəti tənzimləmək üçün inşa edilmiş yeraltı piyada keçidi ətrafında aparılan reyd zamanı keçiddən istifadə etməyərək yolun hərəkət zolağına çıxıb. yolu keçən onlarla piyada saxlanılaraq onlara xəbərdarlıq edilib.
Zaqatala RPŞ DYP bölməsinin rəisi Rəhim Zalov APA-ya bildirib ki, yay müvsümünün başlaması və rayona avtomobillərin gəliş-gedişinin çoxalması nəzərə alınaraq baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə belə reydlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.
Femida.az
Oxunub: 1648
Oxşar xəbərlər
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- PA rəsmisi: "Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır"