Gəncədə avtomobil piyadanı vurub


00:59     19 İyun 2018 piyada_olumu_233.jpg

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov proskeptində qeydə alınıb.



Hərəkətdə olan "Ford-Tranzit" markalı avtomobil yolu keçmək istəyən şəhər sakini, 1973-cü il təvəllüdlü Hacıyev Elşad İsrafil oğlunu vurub.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1500