Türk əsgərləri Menbiçin bir addımlığında

Türk əsgərləri Menbiçin bir addımlığında

21:30     18 İyun 2018 18_06_18_1529340745.jpg

ABŞ ilə razılaşma çərçivəsində Türkiyə əsgərləri Menbiçin kənar məhəllələrinə daxil olub.

Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ilk açıqlama prezident Rəcəb Tayyib Ərdoğana məxsusdur: "Hazırda Menbiçdə ətrafı müşahidə hərəkatı başlayıb". Daha sonra baş nazir Binali Yıldırım "Bu gündən etibarən əsgərlərimiz Menbiçdə vəzifəyə başlayır. Menbiçi terror qruplaşmalarından təmizləmək üçün Amerika əsgərləri ilə ortaq çalışacaqlar, xarici işlər naziri Mövlud Çavuşoğlu isə "Əsgərlərimiz Menbiçin içinə də girəcək və YPG-liləri oradan çıxaracaq. Menbiç qısa müdddətdə terrorçulardan təmizlənəcək" açıqlamasını verib. Qeyd edək ki, Türkiyə Slahlı Qüvvələri ilə ABŞ ordusu Menbiçin şimalında fəaliyyət göstərən PKK terror təşkilatının Suriya qolu PYD-YPG qruplaşmasını məhv etmək üçün birgə çalışır.

Açar sözlər:

Oxunub: 1380