Atdan yıxılan gənc ağır yaralandı


13:10     19 İyun 2018 xestexana_012548.jpg

Şəkidə 22 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Ötən gün günorta saat 15:30 radələrində rayonun Baltalı kənd sakini 1996-cı il təvəllüdlü Nurlan Rəsul oğlu Rəhimov qarnının qapalı küt travması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, Nurlan Rəhimov kəndin inzibati ərazisindəki otlaq sahəsində atdan yıxılaraq ağır xəsarət alıb. Müayinə zamanı Nurlan Rəhimovun dalağının partladığı məlum olub. Nurlan Rəhimovun üzərində cərrahiyə əməliyyatı aparılaraq dalağı çıxarılıb. Nurlan Rəhimovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1219