Ermənistanı İŞİD-ə bənzətdilər


02:00     30 Sentyabr 2015 1443290487_402159837.jpg

İsrail qəzeti “Times of İsrail” Ermənistanı İŞİD-ə bənzədib. Femida.az-ın məlumatına görə, bu barədə qəzetdə məqalə dərc olunub.


Ermənistanın Azərbaycan ərazisi olan Dağlıq Qarabağı zəbt etməsi və bu əraziləri viran qoyması qəzet tərəfindən tənqid atəşinə tutulub. Buna görə də, məqalədə Ermənistan İŞİD-ə bənzədilib.

Qəzetdəki məqaləni İsrail Baruk adlı jurnalist qələmə alıb. O bildirib ki, Suriyada yüksək mədəni dəyərə malik olan nümunələri məhv edən İŞİD bu sahədə tək deyil: “Bunu eynilə Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarında həyata keçirir”.

Jurnalist qeyd edib ki, Ermənistan hətta atəşkəs zamanı belə “mədəni siyasət” anlayışına riayət etməyib.

İsrail Baruk onu da vurğulayıb ki, Ermənistan işğal etdiyi bölgəyə daxil olan kəndlərin də adını dəyişdirir: “Necə ki, İŞİD tarixi yenidən yazmaq istəyir, Ermənistan da tarixi həqiqətləri dəyişdirmək istəyir”.

Qeyd edək ki, bundan əvvəl də ingilis jurnalist Tomas de Val Ermənistanın yerlə yeksan etdiyi Ağdam şəhərini kiçik Xirosimaya bənzətdiyini bildirmişdi.

Açar sözlər:

Oxunub: 741