16 yaşlı oğlan çayda batdı


13:25     19 İyun 2018 batmanda_havuza_giren_cocuk_boguldu_h90908.jpg

Yevlaxda bir nəfər çayda batıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 18 iyun 2018-ci il tarixində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun batması barədə məlumat daxil olub.

Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1617