Bakıda ev, Goranboyda “Ford” yanıb


13:42     19 İyun 2018 masin%20yandi%20yuk%20masini.jpg

Bakıda ev, Goranboyda “Ford” markalı avtomobil yanıb.



Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² və ev əşyaları, digər otağın dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Goranboy rayonu, Aşağı Ağcakənd kəndində “Ford” markalı avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Yanğın zamanı avtomobildə köməksiz vəziyyətdə qalmış 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın   #Maşın   #Yanğın  

Oxunub: 1437