Ağdaşda “parnik”də xeyli narkotik əkdilər - FOTOLAR


14:02     19 İyun 2018 2018/06/243901_res_01_1529389045.jpg

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, satışı və kultivasiyası ilə mübarizə tədbirləri davam etdirilir.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tofiq Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində olan istixanada aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 12 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.





Femida.az

Açar sözlər: #Ağdaş   #Polis  

Oxunub: 1782