Nərimanovda növbəti yanğın başladı - İndi də restoran yanır


14:28     19 İyun 2018 13878640961363594763_yangin45sadas1.jpg

Paytaxtın Nərimanov rayonunda restoran yanır.

Femida.az Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər: #Nərimanov   #FHN   #Yanğın  

Oxunub: 3512