Dərnəgül bazarındakı yanğında 5 obyektə ziyan dəydi - 1 nəfər yaralandı

Dərnəgül bazarındakı yanğında 5 obyektə ziyan dəydi - 1 nəfər yaralandı


14:43     19 İyun 2018 2018/06/eab048f01ff83365591de79184837a9b_1529390704.jpg


Bakının Dərnəgül şossesi ətrafında yerləşən tikinti malları bazarında baş verən yanğında bir nəfər yüngül xəsarət alıb.

Femida.az xəbər verir ki, bu barədə musavat.com-a hadisə yerində olan Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komisiyayının sədri Şahmar İbadov məlumat verib.

Məlumata görə, yanğın zamanı 5 sahibkarın obyektinə zərər dəyib. FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının səyləri nəticəsində yanğın söndürülüb, digər obyektlərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı bir nəfər qolundan yüngül xəsarət alıb.

Femida.az

Açar sözlər: #yanğın   #FHN   #Bakı  

Oxunub: 1532