Bakıda yanan obyekt kimindir? - TƏFƏRRÜAT


15:16     19 İyun 2018 18_06_19_1529392660.jpg


Səhər saatlarında Bakının Nərimanov rayonunda yerləşən "Taxta bazarı" adlanan ərazidə güclü yanğın baş verib.

Femida.az xəbər verir ki, faktor.az-a verilən məlumata görə yanan mağaza Roman və Sadiq adlı iş adamlarına məxsusdur. Səhər yeni mal gətirilən mağaza anidən yanmağa başlayıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Verilən məlumata görə hadisə yerinə gələn FHN əməkdaşları güclü yanğını söndürmək üçün əlavə su ehtiyyacını ətaf binalardan ödəyiblər.

Yanğın söndürülüb.

Femida.az

Açar sözlər: #yanğın   #obyekt   #Bakı  

Oxunub: 1941