İranda rəis oğlu 41 qızı zorladı - Xəbəri yayan şəxs tutuldu
14:14 20 İyun 2018
İranda ictimaiyyətdən gizlədilən təcavüz qalmaqallarına daha biri əlavə olunub.
Femida.az xəbər verir ki, İranşehir adlı qəsəbədə Cümə namazı qılınarkən, şəhərin dini rəhbəri əhaliyə 41 qızın zorlandığı barədə məlumat verib. Bildirib ki, 41 qız 1 il ərzində zorlanıb. Amma onlardan cəmi 3 nəfəri hadisəni ortalığa çıxarıb. Digər 38 qızın ailəsi biabır olmamaq üçün məsələni gizlədiblər. Lakin dini rəhbər bunun daha da kütləvi hal almaması üçün xalqı etiraz etməyə səsləyib.
Şəhər rəhbərliyinin binası önündə xalq etirazlara başlayıb. Araşdırmalardan sonra məlum olub ki, qızları zorlayan şəxs Sipah bölgəsinin polis rəsinin oğludur. Etirazlara baxmayaraq, oğlan saxlanılmayıb. Əksinə bu hadisəni qabartdığı üçün şəhərin dini lideri həbs olunub.
Femida.az-ın İrandakı mənbələrindən əldə etdiyi məlumata görə, rəisin oğlu küçədə tək gedən qızları zorla maşına mindirib şəhər kənarına aparır, burada zorlayırmış.
Xalq hadisənin üstünü açan dini liderin həbsinə etiraz edən zaman aldıqları cavab qeyri-adi olub: "Qızların zorlanma xəbərini yaymaq haramdır".
Qeyd edək ki, hadisənin baş verdiyi bölgə sünnilərin yaşadığı bölgədir. İran hüquq-mühafizə orqanlarının bu səbəbdən məsələyə ciddi yanaşmadığı gələn bilgilər arasındadır.
Femida.az
Oxunub: 7269
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
- Ceyhun Bayramov İrana gedib
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək