Vəkillər Kollegiyasının sədri üçün özəl gün - BİOQRAFİYA


16:37     19 İyun 2018 2018/04/anar-bagirov-femida,az_1522996738.jpg


Bu gün Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun ad günüdür.

Anar Ramiz oğlu Bağırov 1976-cı il 19 iyunda Gəncə şəhərində anadan olub.

1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2014-cü ildən AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantıdır.

2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub, 2012-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür. Bir sıra yerli və xarici arbitraj məhkəmələrdə arbitr vəzifəsini icra edir.

2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi, Akademiyanın isə Elmi Şurasının üzvüdür.

Bır sıra yerli beynəlxalq konfranslarda Azərbaycan vəkilliyini təmsil edir.

Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

2017-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədridir.

Ailəlidir, 3 övladı var.

Femida.az hüquq yüklü xəbər portalının kollektivi Anar bəyi ad günü münasibəti ilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır!

Açar sözlər: #vəkil   #hüquq   #femida   #Anar_Bağırov   #sədr   #kollegiya  

Oxunub: 3366