Deputatın bacısı oğlu yol qəzasında öldü


17:26     19 İyun 2018 1359952125_qeza-avariya-main.jpg

Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

Femida.az-ın APA-ya istinadən məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. "Tofaş" markalı "10 CC 011″ dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

"Azpolitika.info"ya daxil olan məlumata görə, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.



Femida.az

Açar sözlər: #qəza   #ölüm   #deputat  

Oxunub: 2820