İtaliyada 60-a yaxın mafiya üzvü həbs edildi


19:11     19 İyun 2018

İtaliyada kütləvi həbs həyata keçirilib.


İtalyan və ispan polisi Roma ətrafında fəaliyyət göstərən mafiya qrupunun 58 üzvünü həbs edib. Məlumata görə, karabinlər, polis və ispan Mülki Mühafizə qvardiyası təkcə Romada yox, Sardiniya, Molize və Pyemont bölgələrində, eləcə də İspaniyada əməliyyat keçirib.

Bildirilir ki, saxlanılan mafiya qruplaşması üzvləri Montespakkato şəhərində narkotik alverinə nəzarət edib, çirkli pulların yuyulması ilə məşğul olub.

Qeyd edilir ki, hüquq-mühafizə orqanları əməliyyat çərçivəsində 14 daşınmaz əmlak, 12 kommersiya müəssisəsi, 7 milyon avro dəyərində nəqliyyat vasitələri və şirkət səhmləri müsadirə ediblər.


Femida.az

Açar sözlər:

Oxunub: 1308