Paytaxtda motosiklet qaçıran şəxs tutuldu
19:29 19 İyun 2018
Bakıda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyunun 18-də DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə müraciət edən Bakı şəhər sakini Stanislav Yakuşev saat 10 radələrində İzmir küçəsindəki evin qarşısından "Haojue" markalı motosikletinin qaçırıldığını bildirib.
Məlumatla əlaqədar Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs qısa müddətdə İnşaatçılar prospektində motosikletlə birgə saxlanılıb.
Polis Bölməsində aparılan araşdırmalarla onun Bakı şəhər sakini Müşfiq Həsənbəyli olduğu, həmin gecə Q.Şərq küçəsindəki evlərin birinin qarşısından Z.Quliyevə məxsus velosipedi oğurladığı da müəyyən edilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 1154
Oxşar xəbərlər
- Paytaxtda yol qəzası olub, xəsarət alanlar var
- Paytaxtda 22 yaşlı gənci avtomobil vurub
- Paytaxtda hava dumanlı olacaq, rayonlarda yağış yağacaq
- Paytaxtda kütləvi dava olub, xəsarət alan var
- Paytaxtda avtomobil 21 yaşlı gəncə xəsarət yetirib
- Paytaxtda 66 yaşlı qadını yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Paytaxtda daha bir məktəb distant təhsilə keçdi
- Paytaxtda niyə tıxac olur? - Açıqlama
- Paytaxtda "Rəmiş" və daha 13 narkotacir tutuldu - VİDEO
- Paytaxtda tibb mərkəzində yanğın olub