Kiyevdə mitinq: 2 polis yaralandı


19:56     19 İyun 2018 2018/06/kiyev_mitinq_1529409643.jpg

Ukrayna parlamentinin binası qarşısında veteranlar və şaxtaçıların mtinqi aksiyaçılarla polis arasında toqquşma nəticəsində iki asayiş keşikçisi xəsarət alıb.

Femida.az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşər Nazirliyindən bildiriblər.

İnformasiyaya əsasən, mitinq iştirakçılarından biri saxlanılıb.

Məlumata görə, iyunun 19-da 2 minə yaxın veteranlar təşkilatı təmsilçiləri və şaxtaçılar Kiyevin Konstitusiya meydanında güzəştlərinin saxlanılmasını tələb ediblər. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1198