Mübariz İbrahimovun məzarı ziyarət edilib

Mübariz İbrahimovun məzarı ziyarət edilib

18:10     19 İyun 2018 2018/06/D0CA3397-4CA1-438F-BAF1-20E7CC77727A_1529418607.jpeg

Müdafiə Nazirliyinin bir qrup nümayəndəsi II Fəxri xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəbrini ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mərasimdə Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev çıxış edərək Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, anım günü qeyd edilən Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq və mübarizlik hissinin yüksək olduğunu bildirib. Öz şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazmış qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını diqqətə çatdırıb. Bu igid gizirin göstərdiyi rəşadətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyi, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görüldüyünü vurğulayıb.

Tədbirdə Azərbaycanın qəhrəman oğlu Mübariz İbrahimovun igidliyindən danışılıb, həyat yoluna nəzər salınıb, göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edilib.

Sonra vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Femida.az

Açar sözlər: Şəhid   Mübariz-İbrahimov  

Oxunub: 1173