Sərnişin avtobusu yük maşını ilə toqquşub


22:31     19 İyun 2018 qeza_yeni.jpg

Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşub.

Hadisə bu gün 17.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “İsuzu” markalı, 45-ƏC-475 dövlət nömrə nişanlı sərnişin avtobusu 90 XO 837 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan 3 nəfər Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan Femida.az-a verilən məlumata görə, hazırda xəstələrin müayinələri aparılır.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: Qəza   Şəki  

Oxunub: 1205