“Qarabağ”ın rəqibi müəyyənləşdi


22:45     19 İyun 2018 2018/06/AEB726F1-A2EA-4E9F-B4C5-0DC05C49EFDD_1529420141.jpeg

UEFA Çempionlar Liqasında ilk iki təsnifat mərhələsinin püşkü atılıb.

Femida.az saytının məlumatına görə, Bakı vaxtı ilə 14:00-da İsveçrənin Nyon şəhərində başlayan püşkatma mərasimində Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.

I təsnifatda 32 komanda oynayacaq. Onlardan biri ilkin mərhələdən gələcəksə, 31-i mübarizəyə birbaşa buradan başlayacaq. Həmin 31 komanda səpələnmiş və səpələnməmişlərə bölünüb. “Qarabağ” səpələnmiş 16 klub arasında olub.

Klublar ilk olaraq qruplara bölünmüşdü. I qrupda yer alan “Qarabağ”ın potensial rəqibi “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və “Torpedo” (Kutaisi, Gürcüstan) idi. Püşk Azərbaycan çempionunu “Olimpiya”ya rəqib edib. İlk oyun Sloveniyada keçiriləcək.

I təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi

“Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan)

“Torpedo” (Kutaisi, Gürcüstan) - “Şerif” (Moldova)

“Şkendiya” (Makedoniya) - TNS (Uels)

“Suduva” (Litva) - APOEL (Kipr)

“Düdelanj” (Lüksemburq) - “Videoton” (Macarıstan)

İlkin mərhələnin qalibi - “Malmö” (İsveç)

HİK (Finlandiya) - “Vikinqur” (Farer adaları)

“Lüdoqorets” (Bolqarıstan) - “Kruzaders” (Şimali İrlandiya)

“Kork Siti” (İrlandiya) - “Legiya” (Polşa)

“Valyur” (İslandiya) - “Rusenborq” (Norveç)

“Kukesi” (Albaniya) - “Valletta” (Malta)

“Flora” (Estoniya) - “Hapoel” (Beyer-Şeva, İsrail)

“Spartak” (Latviya) - “Srvena Zvezda” (Serbiya)

“Alaşkert” (Ermənistan) - “Seltik” (Şotlandiya)

“Spartak” (Slovakiya) - “Zrinski” (Bosniya və Herseqovina)

“Astana” (Qazaxıstan) - “Sutyeska” (Monteneqro)

İlk raundun püşkatmasının ardınca növbəti mərhələnin cütləri bəlli olub. Bu mərasim 2 hissədən ibarət olub.

Çempionlar yolunda 16 cütlük və mübarizəyə birbaşa qatılan 4 komanda yer alıb. Bunlar BATE (Belarus), “Dinamo” (Xorvatiya), “Midtulland” (Şotlandiya) və ÇFR (Rumıniya) klublarıdı. Onlar ümumilikdə 10 cütlük təşkil edib.

“Qarabağ” ilk mərhələdə “Olimpiya” səddini keçə bilsə, II mərhələdə “Kukesi” (Albaniya) - “Valletta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.

Liqa yolunda isə mübarizəyə 4 komanda qoşulacaq. Onlar da öz növbəsində iki cütlük təşkil edib.

II təsnifat mərhələsinin ilk oyunları iyulun 24-25-də, cavab matçları iyulun 31-də və avqustun 1-də baş tutacaq.

Çempionlar yolu

“Kukesi” (Albaniya) - “Valletta” (Malta) cütünün qalibi / “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi

“Astana” (Qazaxıstan) - “Sutyeska” (Monteneqro) cütünün qalibi / “Midtulland” (Danimarka)

“Ludoqorets” (Bolqarıstan) - “Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi / “Düdelanj” (Lüksemburq) - “Videoton” (Macarıstan) cütünün qalibi

ÇFR (Rumıniya) / İlkin mərhələnin qalibi - “Malmö” (İsveç) cütünün qalibi

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Flora” (Estoniya) - “Hapoel” (Beyer-Şeva, İsrail) cütünün qalibi

“Spartak” (Latviya) - “Srvena Zvezda” (Serbiya) cütünün qalibi / “Suduva” (Litva) - APOEL (Kipr) cütünün qalibi

BATE (Belarus) / HİK (Finlandiya) - “Vikinqur” (Farer adaları) cütünün qalibi

“Şkendiya” (Makedoniya) - TNS (Uels) cütünün qalibi / “Torpedo” (Kutaisi, Gürcüstan) - “Şerif” (Moldova) cütünün qalibi

“Kork Siti” (İrlandiya) - “Legiya” (Polşa) cütünün qalibi / “Spartak” (Slovakiya) - “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi

“Alaşkert” (Ermənistan) - “Seltik” (Şotlandiya) cütünün qalibi / “Valyur” (İslandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi


Liqa yolu

PAOK (Yunanıstan) - “Bazel” (İsveçrə)

“Ayaks” (Hollandiya) - “Şturm” (Avstriya)

Femida.az

Açar sözlər: Qarabağ  

Oxunub: 2043