Erməni hərbçilər qəzaya düşdü - Yaralılar var


23:30     19 İyun 2018 2018/06/4B1DC5C1-9ED3-4B14-906C-D393003F2825_1529422200.jpeg

Ermənistanın Ararat vilayətində hərbçiləri daşıyan "Ural" markalı nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Femida.az news.am-a istinadən xəbər verir ki, avtomobilin aşması nəticəsində 5 hərbi qulluqçu yaralanıb.

Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib. Hərbçilərin ağır xəsarət aldığı bildirilib. Yaralı hərbçilər hospitala yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1693