Arvadına 7 bıçaq vurdu
02:21 20 İyun 2018
Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında rayonun Qaraqaşlı kənd sakini, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızı həyat yoldaşı tərəfindən bıçaqlandığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. O, çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır.
Məlumata görə, kişi arvadını öldürmək üçün ona kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib. Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan qəflətən ona hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxsin tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxunub: 1339
Oxşar xəbərlər
- Arvadına işgəncə verən şəxsə elektron qolbaq taxıldı
- Arvadına 18 bıçaq zərbəsi vurdu, boğazını kəsdi - Verilən 9 il cəzadan narazı qaldı
- Arvadına 18 bıçaq zərbəsi vuran şəxs özünü təqsirli bilib
- Arvadına narkotik daşıdan şəxs tutuldu
- Arvadına sataşdığı üçün dostunu öldürən şəxsə HÖKM OXUNDU
- Arvadına sataşdığına görə iki qardaşı avtomobildə güllələdi — Qaradağda dəhşətli qətl (FOTOLAR)
- Arvadına hirslənib, xalasının evini yandırdı - VİDEO
- Arvadına tamaşa edən qonşusunu döyüb xəstəxanalıq etdi