Qarabağ problemi siyasi həllini tapmalıdır - Avropa İttifaqı


13:39     20 İyun 2018 avropa%20par.jpg

“Dağlıq Qarabağ problemi beynəlxalq qanunvericiliyin norma və prinsipləri çərçivəsində təcili həll olunmalıdır”.


Femida.az-ın xəbərinə görə, bu, Avropa İttifaqının rəsmi saytında dərc olunan Ermənistan-Avropa İttifaqı münasibətləri haqqında sənəddə qeyd olunur.

“Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik və tərəqqiyə mane olur. Avropa İttifaqı hesab edir ki, münaqişə təcili şəkildə siyasi yolla həllini tapmalıdır. 2003-cü ildən etibarən Avropa İttifaqının xüsusi nümayəndəsi qurumla region ölkələri arasında dialoqun təşviqinə çalışır. Avropa İttifaqı, o cümlədən, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə vasitəsi ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərini dəstəkləyir və tamamlayır”, - deyə sənəddə əlavə edilib.

Femida.az

Açar sözlər: #Qarabağ   #Avropa   #problem  

Oxunub: 802