Bıçaq yarası aldı — Qohumları "ehtiyatsızlıqdan olub" dedi


13:43     20 İyun 2018 bicaq53.jpg

Ağstafa sakini bıçaqlanıb.


Femida.az-ın verdiyi məlumata görə, rayonun Ağgöl qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mustafayev Nizami Osman oğlu qarın nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

N. Mustafayevin qohumlarının dediyinə görə, o, ehtiyatsızlıq nəticəsində bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Bıçaq   #Xəstəxana  

Oxunub: 2084