Ordumuz döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Nazir
14:12 20 İyun 2018
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib.
Femida.az-ın məlumatına görə, Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub.
“Mexanikləşdirilmiş tağım hücumda” mövzusu üzrə məşğələnin keçirilmə planına uyğun olaraq, kursantlar tağım və manqa komandirləri rolunda çıxış edib, məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.
Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsində praktiki atışların təşkili və icrasını izləyib, motoatıcı, tank artilleriya bölmələrinin hazırlığını izləyib.
Təlim məşqlərin sonunda Zakir Həsənov poliqona dəvət olunmuş informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
Nazir Ali Baş Komandan İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi altında son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib.
Müdafiə naziri hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan islahatlar, əldə edilən nailiyyətlər, qarşıda duran vəzifə və tapşırıqlar barədə media nümayəndələrinin suallarını cavablandırıb.
Femida.az
Oxunub: 1772
Oxşar xəbərlər
- Ordumuzun mövqeləri atəşə tutulub
- Ordumuzun mövqeləri atəşə tutulub
- Ordumuzun mövqeləri atəşə tutulub
- Ordumuzun müasir texnika ilə təchizatına pul ayrılacaq
- Ordumuzun təlimləri bu cür iadarə olunur - VİDEO
- Ordumuzun PUA-lardan uğurlu istifadəsi dünya sərgilərinin mövzusunu dəyişdi
- Ordumuz raket-artilleriya təlimləri başladı
- Ordumuzun məhv etdiyi düşmən texnikalarının nömrələrindən ibarət lövhə hazırlanıb
- Ordumuzdan Ağdamda düşmənə sarsıdıcı zərbə
- Ordumuz havada və quruda əməliyyat şəraitinə tam nəzarət edir