Bakı səmasında parada hazırlıq uçuşları davam edir


14:32     20 İyun 2018 2018/06/azerbaycan-bayraq-esger-450x250-parad_1529476430.jpg

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri növbəti uçuşlar həyata keçirib.


Femida.az-ın məlumatına görə, bu gün səhər saatlarında helikopter və təyyarələr Bakı buxtası üzərində parada hazırlıq uçuşlarını icra ediblər.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 3294