4 ton narkotik məhv edilib


15:57     20 İyun 2018 cetene%20kolu.jpg

Oğuz və Tərtər rayonlarında 4 tondan artıq çətənə kolları aşkarlanıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən Calud kəndi ərazisində çəkisi 2,5 ton olan 6300 ədəd, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən isə Xoruzlu kəndi ərazisində çəkisi 1,7 ton olan 1025 ədəd yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq məhv edilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 652