Qadınlar saç yoldusuna çıxdılar - Bakı metrosunda


16:03     20 İyun 2018 18_06_20_1529481829.jpg


Bakının Nizami rayonu ərazisində qadınlar arasında dava baş verib.

Femida.az Report-a istinadən xəbər verir ki, metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.

Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.

V.Hüseynova bədənin müxtəlif nahiyələrindən xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

Femida.az

Açar sözlər: #metro   #Bakı   #qadın   #dava  

Oxunub: 1347