Nazirlə görüşmək istəyənlər! - Bu nömrəyə zəng etsin


16:25     20 İyun 2018 kemaleddi%20haydarov9.jpg

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 22-də Siyəzən şəhərində, Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.


FHN-dən Femida.az-a verilən məlumata görə, qəbulda yalnız Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 21 iyun 2018-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Femida.az

Açar sözlər:

Oxunub: 1069